“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” - maarifləndirmə tədbiri

“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” - maarifləndirmə tədbiri Bakı Slavyan Universitetində (BSU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Məlumat xarakterli tədbirin əhəmiyyətini qeyd edən rektor Anar Nağıyev Türkiyədəki zəlzələdə FHN-in peşəkar komandasının zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyətindən danışıb.
Mərkəzin rəisi general-mayor Məhərrəm Həsənov Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində nazirliyin bir sıra tədbirlər təşkil etdiyini və bu tədbirin də onlardan biri olduğunu diqqətə çatdırıb. Məhərrəm Həsənov Ulu Öndərin zəngin həyat və fəaliyyətindən söz açaraq, Azərbaycanın bütövlüyü, güclənməsi, beynəlxalq səviyyədə tanınması, beynəlxalq təşkilatlarda sözünü deyən dövlətə çevrilməsi istiqamətində atdığı misilsiz addımlardan danışıb. O, texnogen xarakterli və təbii fəlakətlər haqqında ümumi məlumat verib, potensial təhlükəli obyektlərdə qaydalara əməl olunmasının zəruriliyini vurğulayıb. General-mayor çıxışında FHN-də könüllülərin fəaliyyəti sahəsində müvafiq qanunlar toplusunun hazırlanması və könüllülər qrupunun formalaşmasının nəzərdə tutulduğunu bildirib və BSU tələbələrini də bu fəaliyyətdə iştiraka dəvət edib.
Tədbirdə zəlzələ zamanı yaşayış binalarında otaq şəraitində təhlükəsizliyi təmin etmək məqsədilə düzgün mövqe tutulması, təxliyə qaydaları, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, çimərliklərdə təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib. Hər mövzuya dair maarifləndirici videoçarx nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər