Rektor Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi ilə görüşüb

Rektor Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi ilə görüşüb Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Səfər çərçivəsində qonaqlar rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, Texniki Universitet FHN Akademiyası ilə müvafiq sahələrdə birgə layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və digər istiqamətlərdə əməkdaşlıq edə bilər.
Azərbaycan Texniki Universitetində olduğundan məmnunluğunu ifadə edən general-mayor Baba Salayev FHN Akademiyasında görülən işlər barədə məlumat verib. Qeyd olunan təkliflərlə bağlı fikirlərini ifadə edən akademiya rəisi bu təkliflərin birgə icrasının mümkünlüyünü bildirib. Bunun üçün hər iki tərəfdən İşçi Qrupunun yaradılmasını məqsədəuyğun hesab edib.
Görüş zamanı hər iki ali məktəb arasında müvafiq sahələr üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı da müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər