BDU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş görüş

BDU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş görüş Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Milli Məclisin deputatı Bəhruz Məhərrəmovla görüş keçirilib.
Görüşdə çıxış edən Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Ümummilli Lider Heydər Əliyev siyasi irsinin, azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov dahi rəhbər Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, Ulu Öndərin xilaskarlıq rolundan bəhs edib. Deputat bildirib ki, müstəqil Azərbaycan tarixində istiqlala gedən yoldan müstəqilliyin əldə olunmasına, suverenliyin qorunmasına qədər bütün proseslərin təməlində məhz Heydər Əliyevin müdrikliyi dayanır. B.Məhərrəmov ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, milli ideologiyamızın formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrəsidir.
Deputat Ulu Öndərin Azərbaycanda mətbuatın inkişafı sahəsində xidmətlərini vurğulayıb və onun jurnalistlərin ən böyük dostu olduğunu deyib.

Tehsil-press.az


Oxşar xəbərlər