BDU-da “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində növbəti görüş

BDU-da “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində növbəti görüş Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyinin təşkilatçılığı ilə “Ulu Öndər xatirələrdə” layihəsi davam edir. Layihənin növbəti qonağı BDU-nun kafedra müdiri, Əməkdar elm xadimi, professor İradə Hüseynova olub.
Professor İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığını deyib, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən danışan İ.Hüseynova Ulu Öndərin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünya ölkələri arasında tanınmasında əvəzsiz xidmətlərini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən elm və təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Professor İradə Hüseynova dahi şəxsiyyət Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, zəngin dövlətçilik təcrübəsindən, siyasi irsinin əhəmiyyətindən bəhs edib, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu söyləyib.

Tehsil-press.az


Oxşar xəbərlər