“Fizika və astronomiyanın problemləri” - magistrant və gənc tədqiqatçıların konfransı

“Fizika və astronomiyanın problemləri” - magistrant və gənc tədqiqatçıların konfransı Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elm festivalı çərçivəsində magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIII respublika elmi konfransı keçirilib.
Konfransda çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov iştirakçıları fizika və astronomiyanın inkişaf meylləri, aktual problemləri, BDU-da bu istiqamətdə həyata keçirilən layihələrlə tanış edib.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Heydər Əliyev İli” çərçivəsində fakültədə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, ölkəmizdə qazanılan bütün nailiyyətlərin Ulu Öndər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildirib.
Məlumat verilib ki, konfransa Kimya fakültəsi, Elm və Təhsil Nazirliyinin Fizika, Radiasiya Problemləri institutlarının, Şamaxı Astrofizika Rəsədxanası, Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi, Milli Aviasiya Akademiyası, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universitetinin gənc tədqiqatçıları da qatılıb, ümumilikdə 112 material təqdim olunub.
Fiziki elektronika kafedrasının müdiri Əhməd Abdinov Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib.
Nanomaterialların kimyəvi fizikası kafedrasının II kurs magistrantı Məhəmmədbağır Bağırov “Qamma radiasiyanın GO və GO/PVS nanokompozitlərinin fiziki xassələrinə təsiri” mövzusunda tədqiqat nəticələrini təqdim edib.
Sonra bölmə iclasları olub.

Tehsil-press.az



Oxşar xəbərlər