Bakı Dövlət Universitetinin (BDU) Fizika və Mexanika-riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda gender siyasət” adlı tədbir keçirilib.
Tədbirdə fakültə dekanları Bəxtiyar Paşayev və Ziyatxan Əliyev Ümummilli Lider Heydər Əliyevin nəsillərə nümunə olan ömür yolundan, doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən danışıblar.
Fizika fakültəsinin professoru, “Qadın problemləri” Tədqiqat Birliyinin rəhbəri Səcidə Əbdülvahabova “Heydər Əliyev və qadın siyasəti” mövzusunda məruzə edib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə qadınların təhsilinə, inkişafına geniş imkanlar yaradıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan qadınların hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalara qoşulub.
S.Əbdülvahabova dahi rəhbər Heydər Əliyevin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Qeyd olunub ki, Azərbaycanda qadınlar elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə çox uğurla fəaliyyət göstərir, ölkəmizin inkişafına böyük töhfələr verirlər.
Mexanika-riyaziyyat fakültəsinin tələbələri Sara Qurbanova və Toğrul Ələkbərov, Fizika fakültəsinin tələbəsi Könül Əhmədova Azərbaycanın və dünyanın tanınmış qadınları barədə təqdimatlar ediblər.
Tehsil-press.az