Yaponiyanın Osaka Prefektura Universitetinin Fizika və elektronika fakültəsinin ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda elmi tədqiqat aparır.
Noyabrın 30-dan dekabrın 25-nə qədər olan səfər müddətində yaponiyalı magistrant Ryota Kitano bəzi yeni materialların optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması ilə məşğul olacaq. Optik xassələrin öyrənilməsi istiqamətində olan bütün təcrübi tədqiqat işləri Fizika İnstitutunun innovasiya sektorundakı müasir cihazlar vasitəsilə yerinə yetiriləcək. Zona quruluşunun hesablanması istiqamətində olan işlər isə həm Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, həm də Fizika İnstitutunun əməkdaşları ilə birgə yerinə yetiriləcək.
Fizika İnstitutunda seminar keçirilib.
Seminarda institutun aparıcı elmi işçisi Baxşı Mehdiyev, elmi işçilər Elvin Əlizadə, Dünyamalı Məmmədov və BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun direktoru, fizika üzrə elmlər doktoru Sədiyar Rəhimov iştirak ediblər.
Seminarda yaponiyalı magistrantın 26 günlük fəaliyyət planı müzakirə və təsdiq olunub.
Tehsil-press.az