Tədqiqatçı Tələbələrin I Beynəlxalq Elmi Konfransı təşkil edilib

Tədqiqatçı Tələbələrin I Beynəlxalq Elmi Konfransı təşkil edilib Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı (UNEC) və Ege Universitetinin dəstəyi ilə “Heydər Əliyev: iqtisadi strategiya modeli” mövzusunda Tədqiqatçı Tələbələrin I Beynəlxalq Elmi Konfransı (ISCORS) keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransın moderatoru professor Zahid Məmmədov tədbirin proqramı barədə məlumat verib.
UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov dünya təcrübəsinə əsaslanan, milli iqtisadiyyatın sabit, dinamik inkişafını, eləcə də təkrar istehsalı təmin edən milli iqtisadi inkişaf modelindən söz açıb. İqtisadçı kadrların hazırlanmasında UNEC-in rolunu vurğulayan prorektor universitetin inkişaf strategiyası əsasında ulu öndərin tövsiyələrinin dayandığını diqqətə çatdırıb.
Ege Universitetinin prorektoru professor Mehmet Ersan tələbələrin elmi fəaliyyətə cəlb olunmasının vacibliyindən, eləcə də Ege Universiteti ilə UNEC tələbələri arasında birgə tədqiqatlar aparılmasının, elmi müzakirələrin və konfransların təşkilinin əhəmiyyətindən danışıb.
Tədbirdə AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru Əminağa Sadıqov iqtisad elminin Azərbaycanın inkişaf strategiyasındakı rolu barədə məlumat verib. O, UNEC-də bu istiqamətdə uğurlu nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında mövzu ətrafında məruzələr dinlənilib.

Tehsil-press.az





Oxşar xəbərlər