Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Çin atəşfəşanlıq sənəti” adlı seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin atəşfəşanlığın vətəni olduğunu qeyd edib. O, Çində barıtın ixtira tarixindən danışıb, bu ixtira nəticəsində Çin mədəniyyətinin özünəməxsus elementi olan atəşfəşanlıq sənətində yanmanın sürətini və gücünü tənzimləməyin mümkün olduğunu deyib. R.Abbasov, həmçinin barıtla doldurulmuş unikal kağız boruların icad edildiyi orta əsrlər Çinində pirotexnika və atəşfəşanlıq mədəniyyətinin yüksəlişindən söz açıb.
Seminarda ADU-nun Çinşünasliq ixtisası üzrə təhsil alan tələbələri atəşfəşanlığın yaranması və barıtın rahiblər tərəfindən ixtira edilməsi ilə bağlı ənənələr və əfsanələrdən, odun içinə yaşıl bambuk çubuqları ataraq şər ruhları qovmaq kimi qədim adətdən danışıblar. İmperator Çju Yusonun dövründə güc, işdə uğurlar, xoşbəxtlik və firavanlıq bəxş edən dini mərasimin mühüm tərkib hissəsi elan edilmiş atəşfəşanlığın tətbiq olunduğu ilk kütləvi festivalın keçirildiyi qeyd olunub. Bildirilib ki, alovlu yağış, səmada çoxrəngli naxışlar, fiqurlar və yazılar formalaşdıran atəşfəşanlıq üsullarını icad edən çinlilər, eyni zamanda, atəşfəşanlıqda qırmızı rəngə imperiyanın toxunulmazlığının, yaşıla Yer afətinin, sarı rəngə mərkəzin, mavi rəngə həyat yolunun rəmzi kimi baxıblar.
Sonda Çində bayram atəşfəşanlığı ilə bağlı videoçarxlar nümayiş etdirilib.
Tehsil-press.az