Portuqaliyalı professor BDU-da “Axın termodinamikası” mövzusunda seminar keçirib

Portuqaliyalı professor BDU-da “Axın termodinamikası” mövzusunda seminar keçirib Portuqaliyanın Tomar Universitetinin professoru Valentim Nunes Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində olub.
Kimya fakültəsinin dekanı Fuad Kərimli ilə görüşdə fakültənin bakalavriat və magistratura proqramları, iştirak etdiyi beynəlxalq qrant layihələri, həmçinin yerinə yetirilən tədqiqat işləri və birgə layihələrin icrası haqqında fikir mübadiləsi aparılıb.
Portuqaliyalı professor Kimya fakültəsinin elmi-tədqiqat laboratoriyaları ilə tanış olub.
Sonra V.Nunes “Axın termodinamikası” mövzusunda seminar keçirib. Seminarda professor axın termodinamikası, maye və termodinamika sahə nəzəriyyələri, davamlı mühitdə klassik fiziki proseslərin riyazi təsvirinə həsr olunmuş məruzə ilə çıxış edib.

Tehsil-press.az




Oxşar xəbərlər