BDU-nun Kimya fakültəsində akademik Vaqif Fərzəliyev ilə görüş

BDU-nun Kimya fakültəsində akademik Vaqif Fərzəliyev ilə görüş Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru, Kimya fakültəsinin fəxri məzunu, akademik Vaqif Fərzəliyev ilə görüş olub.
Görüşdə Kimya fakültəsinin dekanı Fuad Kərimli akademik Vaqif Fərzəliyevin ömür yolu, elmi fəaliyyəti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu ilə Kimya fakültəsi arasında təhsil, eləcə də elm sahəsində birgə əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə çıxış edən akademik Vaqif Fərzəliyev elm və təhsildə uğur qazanmağın yollarından danışıb, təhsil-elm-istehsalat vəhdətinin ölkənin inkişafı üçün vacib şərtlərdən biri olduğunu vurğulayıb.
Sonra müzakirələr aparılıb.
Tədbirin sonunda akademik Vaqif Fərzəliyevə fakültənin I kurs tələbəsi Səbinə İbrahimxəlilovanın əl işi olan portret hədiyyə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər