Hazırda dünyada yeganə olduğu bilinən albinos panda aşkar edilib. Çində kameralara tuş gələn pandanın albinos olmayan anası da var. Nəsli kəsilməkdə olan pandaların ən çox olduğu ölkələrdən biri olan Çindən ürəkaçan xəbər gəlib. Sıçuandakı Volonq Milli Təbiət Qoruğundakı infraqırmızı kamera dünyanın yeganə albinos pandasını çəkib. Yeganə növ kimi tanınan pandanın bədəninin heç bir yerində qara ləkələr yoxdur. Pandanın gözləri qırmızıdır.
İlk dəfə nümayiş olunan albinos panda ilə bağlı qiymətləndirmələr aparan elm adamları onun balası olduğunu düşünürlər. Bundan əlavə bir və ya iki yaşlı bala panda adi böyük panda boydadır. Bəs əgər bu albinos panda yalnız idisə, gen transferi necə həyata keçirilib?
Şəkilə diqqətlə baxanda bala pandanın anasında qara ləkələri görmək olur.
Milli Təbiət Qoruğunun kamera görüntüləri bir müddət pandanı izləyib. Sonda albinos pandanın anası olduğu düşünülən dişi pandanın yanına getdiyi görülür. Burada diqqət çəkən bir məqam var. Ana panda bu albinonu öz balalarından uzaq tutmalıdır. Ancaq belə bir şey baş verməyib. Mütəxəssislər bu səbəbdən qara xallı pandanın ana, balanın isə genetik mutasiyaya görə albinos olduğunu düşünürlər.
Tehsil-press.az