Nadir rəngdə olan dəniz pişiyi böyük marağa səbəb oldu

Nadir rəngdə olan dəniz pişiyi böyük marağa səbəb oldu Sosial şəbəkələrdə qeyri-adi rəngdə olan dəniz pişiyinin görüntüləri yayılıb.
Foto və videonu rusiyalı bioloq Vladimir Burkanov özünün “Instagram” hesabında paylaşıb.
Oxot dənizinin sahilində çəkilən görüntülərdə kürən rəngli bala tünd rəngli həmcinsləri ilə birlikdə əks olunub.
Burkanov ilk əvvəl onu albinos hesab edib, sonra isə səhvini düzəldərək onun xromist olduğunu bildirib.
Görüntülər sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Tehsil-press.az

Oxşar xəbərlər