Azərbaycan “NATO+tərəfdaşlar” formatında iclasa dəvət olundu

Azərbaycan “NATO+tərəfdaşlar” formatında iclasa dəvət olundu Azərbaycan bu gün ilk dəfə olaraq NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi ilə bağlı “NATO+tərəfdaşlar” formatında keçirilən iclasına dəvət olunub.
Bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə özünün "Twitter" hesabında bildirib.
O qeyd edib ki, Beynəlxalq Əlaqələrin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova NATO Baş Qərargahında enerji təhlükəsizliyi ilə bağlı müttəfiq ölkələrə və dəvət edilən qonaqlara brifinq verəcək.
Məlumata görə, Esmira Cəfərova eyni zamanda NATO-nun İqlim və Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Mayk Rüle və Litvadakı NATO Enerji Təhlükəsizliyi Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirəcək.

Tehsil-press.az


Oxşar xəbərlər