İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar - təlim

İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar - təlim Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Milli Təlim Mərkəzində “İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar” mövzusunda təlim kurslarına başlanılıb.
Təlimin açılışında Aparat rəhbəri Xudayət Həsənli çıxış edərək əqli mülkiyyət sahəsində maarifləndirmə işinin əhəmiyyətindən danışıb.
Təlimin müddəti iki aydır. Dinləyicilərə “İxtira, faydalı model və sənaye nümunəsi obyektlərinin ekspertizasının aparılması, qeydiyyata alınması və patent verilməsi”, “İxtira, faydalı model və sənaye nümunəsinin xarici ölkələrdə mühafizə edilməsi”, “İxtira və faydalı modeldən istifadə edilməsi” və “İxtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə beynəlxalq təsnifatlar” mövzularında təlimlər keçiriləcək.
Qeyd edək ki, təlim kursunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universitetinin əməkdaşları iştirak edir.

Tehsil-press.az



Oxşar xəbərlər