Azərbaycan Texniki Universitetinin professorunun həmmüəllifi olduğu ixtira patent alıb

Azərbaycan Texniki Universitetinin professorunun həmmüəllifi olduğu ixtira patent alıb Belarus Dövlət Rabitə Akademiyasının rektoru professor Andrey Zeneviç və Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Tofiq Mansurovun həmmüəllifi olduqları “Optik lifli şaxələndirici” adlı ixtira Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsinin Milli Əqli Mülkiyyət Mərkəzinin patentıni alıb.
Qurğu optik lifin əyilmə radiusunun dəyişdirilməsi ilə optik şüanın şaxələndirmə əmsalının dəyişdirilməsinə imkan verir. Bu zaman şaxələndirilən optik şüanın bir lifli işıqötürücüdən digərinə yönləndirilməsi və optik lifli şaxələndiricinin funksional imkanlarının genişləndirilməsi mümkün olur.
Qeyd edək ki, qurğu müəlliflik hüququ qorunmaqla Azərbaycan və Belarusla yanaşı, digər ölkələrin optik telekommunikasiya şəbəkələrinin qurulmasında istifadə oluna bilər.

Tehsil-press.az


Oxşar xəbərlər