Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC-i tanı” layihəsində iştirak ediblər.
3 saylı tədris binasında olan abituriyentlərə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov universitetdəki ixtisaslar, tədris prosesi, imtahanların təşkili, elektron universitet modeli, Amerika, Avropa və Türkiyənin aparıcı universitetləri ilə ikili diplom proqramları, xüsusi təqaüd və digər təhsil imkanları barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Şagirdlər üçün tədris binasında infotur da təşkil olunub. Abituriyentlər kitabxana, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar, imtahan zalı, tələbə müzakirə otağı, laboratoriyalar, idman zalı və yeməkxana ilə tanış olublar.
Liseyin şagirdləri UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
Tehsil-press.az