Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyası davam edir.
Biznes və menecment fakültəsinin birinci kurs tələbələrinin valideynləri imtahan prosesini izləmək məqsədilə universitetdə olublar. Valideynlər imtahanların təşkili və tələbələrə yaradılan şəraitlə tanış olduqdan sonra UNEC-də infoturda olublar. Onlar auditoriyalar, oxu zalı, kitabxana, dekanlıq, idman zalı, şahmat klubu, akt zalı, qərargah otağına baxış keçiriblər. Həmçinin UNEC-də tətbiq olunan elektron universitet modeli ilə maraqlanıblar. Mentorlar elektron universitet modelinin işləmə mexanizmi və tətbiqinin səmərəliliyi barədə valideynlərə məlumat veriblər.
Sonra valideynlər fakültə dekanı, dosent Mirağa Əhmədovla görüşüblər. Görüşdə valideynlər qış imtahan sessiyasının mütəşəkkil, obyektiv və şəffaf təşkilindən məmnunluqlarını ifadə edib, övladlarının UNEC-də təhsil almalarından qürur duyduqlarını bildiriblər. Mirağa Əhmədov valideyn-universitet əlaqələrinin əhəmiyyətindən danışaraq, gələcəkdə bu prosesin daha da genişləndiriləcəyini deyib. O qeyd edib ki, UNEC-dəki sağlam təhsil mühiti dövlətimizin inkişafı naminə ləyaqətli, vicdanlı və savadlı gənc kadr potensialının hazırlanması üçün böyük imkanlar yaradır.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti