Təhsil cəmiyyətin və dövlətin gələcəyidir. “Bunker müəllim”lər kimlərdir?
Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirib. Ümummilli Lider deyirdi: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”.
Cəmiyyətin və dövlətin gələcəyi olan təhsili rəqabət sahəsi kimi deyil, əmsallar sahəsi kimi göstərmək daha doğrudur. Yəni, ali məktəbə qəbul olunması asan, məzun olunması isə əziyyətli olan bir sahədir. Təhsilin bu unikal keyfiyyəti müxtəlif dövlətlər üçün dərk olunmuş həqiqətdir. Bu səbəbdən irəli gələrək həmin ölkələrdə təhsilin bütün xərclərini dövlət öz üzərinə götürür. Sadə dillə deyə bilərik ki, belə dövlətlərdə təhsil “pulsuzdur”. Adətən təhsildən məqsəd kimi istifadə edirik, amma ondan vasitə kimi istifadə etmək mümkündür. Hazırda təhsil sistemində dövlət məktəbləri ilə yanaşı, özəl məktəblər də mövcuddur. İnkişaf etməkdə olan ölkələrin çoxunda təhsilə biznes sahəsi kimi baxılır. Dövlət təhsilə sosial sahə kimi baxır, gənclərin təhsil almasına kömək göstərir, dəstək verir. Bundan əlavə, hesab edilir ki, övladına təhsil vermək valideynin borcudur.
Ümumiyyətlə, təhsildə ən vacib prosedurlardan biri imtahandır. Bu üsulla minlərlə abituriyent imtahan edilir. Mütərəqqi metod sayılan testdən dünyada geniş istifadə edirlər. Test imtahanlarının ruhu isə dövrün tələbinə uyğun gəlməlidir. O zaman müsbət nəticələrə nail olmaq mümkündür. Bundan başqa, test balı biliyi birqiymətli əks etdirmir, bu, insan faktorundan asılı olan bir məsələdir. Həmçinin imtahan suallarının hər biri orta məktəb proqramı çərçivəsində olmalıdır. Orta məktəb dərsliklərindən tərtib olunan suallar yüksək nəticə göstərən şagirdlərin sayına da müsbət təsir edir. Bu sualları tərtib edənlər isə “bunker müəllim”lərdir. Onlar qəbul imtahanları testlərinin tərtib olunması prosesində ya iştirak ediblər, ya da bu prosesdən xəbərdardırlar. Bir sözlə, “bunkerlər” Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi qəbul kampaniyasında sual tərtibçisi, imtahanlara nəzarət edən müəllimlərdir. DİM elmi gücünə, metodiki hazırlığına, cəmiyyətdə qazandığı nüfuza görə hər fənn üzrə 2-3 müəllimi qəbul imtahanlarında iştirak etməyə dəvət edir. Onlar qəbul imtahanlarının təlimatı ilə tanış olandan sonra hər müəllimdən ikirəqəmli bir sayın adını çəkmək təklif olunur. İmtahan rəhbəri məhz onların söylədiyi nömrələrlə işarə olunmuş test bloklarını müəllimlərə təqdim edir. İmtahan testləri də məhz bu variantlardan seçilir. Deməli, bunkerə dəvət edilmiş müəllimin vəzifəsi əsasən bundan ibarət olur. DİM-də xüsusi prosedur qaydalarına müvafiq formada təchiz edilən otaqlar var. Suallar məhz o otaqda üç gün ərzində incələnir, dərsliklərə uyğunluğu yoxlanılır, məntiqi ardıcıllığı və anlaşılan olmasına diqqət edilməklə seçilir. Bu prosesə təkcə şəhərlərdə deyil, regionlarda, ən ucqar kənd məktəblərində çalışan müəllimlər də cəlb edilirlər. Həmin suallardan ibarət bir “sual toplusu” formalaşır. Bu topluda bəlkə də iyirmi mindən çox sual toplanır. Yekunda bu suallardan neçəsinin seçiləcəyi, hansı müəllimlərin tərtib etdiyi sualların imtahana düşəcəyi barədə isə məlumat tam məxfi saxlanılır. Otaqda yalnız təhlükəsizlik kameraları, iş masası, televizor və asudə vaxt, istirahət üçün nəzərdə tutulan köşə mövcuddur. Otağa daxil olmazdan öncə bütün müəllimlər hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır, bütün texnoloji vasitələr, elektron avadanlıqlar götürülür. Asudə vaxtda oxumaq üçün kitab götürmək olar, amma o da vərəq-vərəq yoxlanılır, qeydə alınır. Müəllimlər üç gün üçün özlərinə geyim və müəyyən qidalar götürə bilərlər. Amma bu, könüllüdür. Çünki DİM tərəfindən müəllimlərin üç gün ərzində qidalanması təmin edilir. Müəllimlər bu prosesə cəlb ediləcəklərini ya bir gün, ya da bir neçə saat öncə bilirlər. Bəzən məxfilik üçün heç ailə üzvlərinə belə, üç gün ərzində “bunker”də olduqlarını demirlər, hətta bu, şərtlərdən biridir. DİM-in şəffaflıq, ədalətlilik və obyektivlik kimi iş prinsipləri var. Suallar hazırlananda birmənalı surətdə orta məktəblərdə tədris olunan dərsliklərdən istifadə olunur. Hətta bunu qeyd etmək olar, tutaq ki, bu il 7 və 10-cu siniflər üçün yeni dərsliklər nəşr olunubsa, amma keçən ilin 10-cu sinifləri bu il imtahan verirlərsə, suallar onların xeyrinə salınır. Suallar seçilərkən həm köhnə, həm də yeni nəşrlərdən olmasına diqqət edilir. Yəni birində olub, digərində olmayan, bir-birinə zidd olan məqamlardan əsla sual salına bilməz. Bu prinsip xüsusi diqqətdə saxlanılır. DİM-in ekspertləri də illərin təcrübəsinə əsaslanan müəllimlərdən seçilirlər. Deməli, ölkənin bütün ali məktəblərinin, Milli Elmlər Akademiyasının mütəxəssisləri, həmçinin ölkənin qabaqcıl orta məktəb müəllimləri – yəni kim istəyirsə, bu prosesdə iştirak edə, suallar yaza bilər. Ekspertlər sualların qəbul proqramına, dərsliklərə uyğunluğunu yoxlayırlar və bundan sonra bu suallar yığılır. Fərz edək ki, bu il imtahanda bir neçə variantda 30 sual olmalıdır. Ümumilikdə 90 sual olursa, həmin 90 sual içərisində ən təkmil olanları seçilir. Bu suallar bir neçə mərhələdən keçirilir. Birincidə ekspert müəllimlər sualları yazırlar. İkincidə – Dövlət İmtahan Mərkəzinin ekspertləri onları yoxlayır, ekspertizadan keçirirlər. Üçüncü mərhələdə isə bunkerdə olan ekspert sonuncu dəfə sualları yoxlayır ki, gözdən qaçan məqam var, yoxsa yox.
Texniki imkanlar imtahan prosesini olduqca asanlaşdırır, rahat və qısamüddətli edir. Təhsil sferasının öyrədən və öyrənən iki subyektli sadə sistemi mövcuddur. Bu sistemdə adətən öyrədən öyrənənə test üsulunu mütləq surətdə qüsursuz öyrətməyə çalışır. Bütünlüklə biliyini ona verərək, öyrənəndən müsbət nəticələr gözləntisində olur. Bu baxımdan test üsulunu təhsil sferasında həm operativ, həm də iqtisadi cəhətdən səmərəli hesab edə bilərik. “Bunker müəllim”lər sualları tərtib edərkən orta məktəb dərsliklərindən kənara çıxmamalı, imtahanların sərt deyil, yumşaq test ilə aparılmasına nail olmalıdır. Beləliklə, yalnız bu halda milli əhəmiyyətli böyük nəticələr uğurla əldə edilər. Nəticədə, təhsilin keyfiyyəti olduqca yüksələr. Bu kiçik taktiki gediş böyük strateji əhəmiyyət kəsb edir. Belə bir məqam da var ki, “bunker müəllim”lər testləri tərtib edərkən onun məsuliyyətini və testin nəticəsindən asılı olaraq məzunların sonrakı həyat yolu üçün hansı rol oynayacağını yaxşı anlamalıdır. Doğrudan da bu imtahanlar şagirdləri qorxutmamalıdır, əksinə, Azərbaycan məktəblisinin, məktəbinin, valideynlərin xeyrinə olmalıdır. Texniki imkanlar imtahan prosesini olduqca asanlaşdırır, rahat və qısamüddətli edir. “Bunker müəllim” belə imkanların mühitində özünü sərbəst hiss etməli, qoyulmuş konkret məqsədlərə asanlıqla nail olmalıdır. Bu vəziyyət müəllimin peşə hazırlığına, onun metodik ustalığına yeni bir komponenti – “texniki hazırlıq mədəniyyəti” komponentini əlavə edir. “Bunker müəllim” öz fənnini tədris etməklə yanaşı, həm də təhsil müəssisəsinin mühüm fəaliyyət istiqamətlərində praktik işlər təşkil etməli, onları əlaqələndirməli və səmərəli idarə etməlidir. “Bunker müəllim” daim inkişafda, real həyatın tələblərinə cavab verməyə hazır olmalıdır. Bu mənada müəllim hazırlığı dəyişən zamanın, informasiya cəmiyyətinin sürətlə dəyişən tələblərinə uyğunlaşmalıdır. Bu gün “bunker müəllim”lərin informasiya təhsil məkanında, təhsilin müasir şəraitində səmərəli işləyə bilməsi üçün onlar sistemli şəkildə, kompleks hazırlanmalıdır. “Bunker müəllim” hazırlığının məzmun və forması informasiya texnologiyalarının sürətli inkişafı ilə uzlaşmalıdır. Nəzərə alsaq ki, ümumiyyətlə təhsil sistemi real praktikanı qabaqlamalıdır, onda “bunker müəllim” hazırlığının məzmunu bu günə yox, sabaha yönəlməli, bu sahənin inkişaf perspektivlərini nəzərə almalıdır.
Qabaqcıl dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda təhsil sahəsi. Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsilin strateji üstün sahə olduğunu qeyd edir, bununla da ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu etiraf edir. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu isə elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən, onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Təhsilin daxili inkişaf dinamikası dünyanın ümumi inkişaf dinamikasından sürətli olmalıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi Azərbaycanda da aktuallığını qoruyub saxlayır.
Ölkəmizdə təhsil sisteminin yeni mahiyyətdə formalaşmasının əsas göstəricilərindən biri də uğurla həyata keçirilən, şagird və tələbələrlə təhsil müəssisələri arasında münasibətlərin müasir formasını əks etdirən layihələrdir. Bu baxımdan “Məktəblinin dostu”, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı”, “STEAM”, “Rəqəmsal bacarıqlar”, “Peşə təmayüllü siniflərin təşkili”, “Sabah qrupları”, “Study in Azerbaijan” layihələrini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın müasir təhsil sistemi müəyyənləşdirilmiş hədəflər çərçivəsində uğurla inkişaf etməkdədir və zəngin intellektual potensiala malik, savadlı gənclərin yetişməsinə töhfə verməkdədir.
Son 20 ildə respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük uğurların əldə olunduğunu deyə bilərik. Təhsil infrastrukturunun yenilənməsi həm ümumtəhsil məktəblərini, həm də ali təhsil ocaqlarını əhatə edib. Prezident İlham Əliyev bu barədə deyibdir: “Son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.
Güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün mükəmməl təhsil sisteminin olması başlıca şərtlərdən biridir və Dövlət Strategiyasında göstərildiyi kimi, islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaq. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcək.
Bu yazı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur.
Tehsil-press.az