ADA Universitetində 8-9-cu sinif şagirdləri arasında keçirilən akademik məqsədlər üçün V ingilis dili olimpiadasının qalibləri elan olunub.
2015-ci ildə ADA Universitetinin “Fokus” tələbə klubunun təşəbbüsü kimi başlayan olimpiadanı Elm və Təhsil Nazirliyi, Bakı-Təhsil İnformasiya Mərkəzi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi, “Students Travel International” təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsi dəstəkləyib.
Olimpiadada respublika üzrə 409 məktəbdən 1096 yuxarı sinif şagirdi iştirak edib. Olimpiadanın birinci mərhələsi mayın 9-da ADA Universitetində keçirilib. Bu mərhələdə iştirakçılar ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 yazılı sualı cavablandırıblar. 119 şagird müvəffəqiyyətlə ikinci mərhələyə keçib. ADA Universitetində ikinci mərhələdə isə yazı və dinləmə qabiliyyətindən yarış olub.
Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, ingilis dili müasir zamanda dünyaya çıxmaq üçün bir vasitədir və bu olimpiadada iştirak etmək qalib olmağa bərabərdir.
Mərasimdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Bakı Təhsil-İnformasiya Mərkəzinin direktoru Günay Massimova, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov, “Student Travel International” təşkilatının üzvü Fidan Orucova yüksək nəticə göstərmiş məktəbliləri, onların ailə üzvlərini və təmsil etdikləri məktəblərin nümayəndələrini təbrik ediblər. Qeyd olunub ki, keçirilən olimpiada məktəblilərin ingilis dilini yüksək səviyyədə mənimsəmələri üçün böyük təkan olub.
Nəticələrə görə, 3-cü yerin sahibi Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi Ayza Tağıyeva “Blackview Tablet” ilə mükafatlandırılıb. İkinci yerin sahibi Bakı şəhəri Landau məktəbinin şagirdi Mədinə Abdullayeva “ASUS Notebook” əldə edib. Olimpiadanın əsas qalibi Avropa liseyinin şagirdi Cavid Musayev isə Böyük Britaniyanın “Britaniya yay məktəbi” proqramında birhəftəlik “Gələcəyin akademikləri” kursunda ödənişsiz iştirak etmək imkanı qazanıb.
Tehsil-press.az