“ADA" Universitetində 10-11-ci sinif şagirdləri arasında keçirilən Akademik Məqsədlər üçün IV Ingilis Dili Olimpiadasının qalibləri elan olunub.
Universitet tələbələrinin təşəbbüsü kimi başlayan Olimpiadanı bu il bir sıra təşkilatlar, o cümlədən Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Təhsildə İnnovativ Texnologiyalar”, Britaniyanın Stonar özəl təhsil məktəbi, NACE məktəblər qrupu və 132-134 nömrəli Təhsil Kompleksi dəstəkləyib.
Olimpiadada Bakı şəhəri üzrə 164 məktəbdən 556 nəfər şagird iştirak edib. Aprelin 20-də keçirilən birinci mərhələ zamanı iştirakçılar ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 yazılı sualı cavablandırıblar. Mayın 9-da ikinci mərhələyə müvəffəqiyyətlə keçən 108 şagird yazı və dinləmə qabiliyyəti üzrə yarışıblar.
Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən “ADA” Universitetinin Tədris İşləri üzrə prorektoru Vəfa Kazdal bildirib ki, Olimpiadanın nəticəsi kimi tək qalibləri deyil, təhsilin müxtəlif pillələrini təmsil edən qurumların birgə uğurlu əməkdaşlığı təqdirəlayiqdir. Daha sonra Olimpiadanın təşkilatlçı qurumlarının nümayəndələri bütün yüksək nəticə göstərmiş məktəbliləri, onların ailə üzvlərini və təmsil etdikləri məktəbləri təbrik ediblər.
Nəticələrə görə, 3-cü yerin sahibi Bakı Avropa Liseyinin şagirdi Aydan Cəfərova Lenovo Tab E7 ilə mükafatlandırılıb və “ADA” Universitetinin İngilis Dili üzrə Yay Məktəbində təhsil haqqına 50% güzəşt qazanıb. 2-ci yerin sahibi- Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Rəbiyyə Hüseynova Lenovo İdeapad və “ADA” Universitetinin İngilis Dili üzrə Yay Məktəbində təhsil haqqına 75% güzəşt əldə edib.
Olimpiadanın əsas qalibi Kaspi Liseyinin şagirdi Nurgün Rəfizadə isə Böyük Britaniyada yerləşən Stonar özəl təhsil məktəbində bir həftəlik ingilis dili kursu qazanıb.

ADA-nın Mətbuat Xidməti