Türkiyənin Antalya şəhərində III–XI siniflər, habelə tələbələr arasında riyaziyyat, rus dili, ingilis dili, türk dili, coğrafiya, fizika, kimya, biologiya, təsviri incəsənət fənləri və şahmat üzrə XI beynəlxalq olimpiada keçirilib.
Olimpiada Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunub.
Olimpiada şagirdlərdə yaradıcılıq, elmi-tədqiqat qabiliyyətlərinin formalaşdırılması və inkişaf etdirilməsi, şagirdlər arasında mədəniyyətlərarası ünsiyyətin inkişafına dəstək məqsədilə keçirilib. Olimpiadada Rusiya, Yakutiya (Rusiya), Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Azərbaycan və Türkiyənin 30-dan çox məktəbini təmsil edən 900-dən artıq şagird iştirak edib. Beynəlxalq yarışda Azərbaycanı 2 məktəb - Avropa Azərbaycan Məktəbi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksi təmsil edib.
Rus və ingilis dillərində keçirilən olimpiadada şagirdlərin bu sahədəki bacarıqları da nəzərə alınıb. Onlara bir neçə fənn üzrə olimpiadada iştirak etmək üçün şərait yaradılıb. Həmçinin asudə vaxtın səmərəli keçirilməsi üçün müxtəlif idman yarışları, rəqs, teatr, mahnı müsabiqələri, ekskursiyalar də təşkil edilib.
Olimpiadanın proqramı açılış mərasimi, fənn olimpiadalarının keçirilməsi, Antalyanın müxtəlif əyləncə mərkəzlərinə ekskursiya, idman-əyləncə tədbirləri, bağlanış və qaliblərin mükafatlandırılması mərasimlərindən ibarət olub.
Altıncı sinif şagirdləri Kənan İbrahimli və Cihad Rəhimli riyaziyyat fənni üzrə gümüş, doqquzuncu sinif şagirdi Aytac Aslanlı isə kimya fənni üzrə bürünc medalçı olublar.
Xatırladaq ki, olimpiadada Avropa Azərbaycan Məktəbinin 12 şagirdi iştirak edib. Məktəbin olimpiadada iştirak edən bütün şagirdləri ingilis dili fənni üzrə olimpiadaya qatılıblar. Ən uğurlu nəticələri də bu fənn üzrə əldə ediblər. Belə ki, səkkizinci sinif şagirdləri Rüstəm Hacızadə qızıl, Abdulla Altınay və Sara Nabikoğlu gümüş, Rəmziyyə Axundova isə bürünc medal qazanıblar. Ümumilikdə isə şagirdlərimiz olimpiadada 7 medala sahib çıxıblar. Medal və kubokları qaliblərə Antalyadakı Beynəlxalq Turizm Akademiyasının rektoru Zafer Bikkenoğlu və Antalyadakı Rus Məktəbinin direktoru İrina Şavarinskaya təqdim ediblər.
Tehsil-press.az