Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Baş direktor Zakir Eminov Ulu Öndər “Heydər Əliyev İli” çərçivəsində elmi müəssisənin tədbirlər planından danışıb. Qeyd edib ki, bugünkü konfransın materialları arasında 60-dək məruzənin yer alması Ulu Öndərin Azərbaycanda elm və təhsilin inkişafındakı rolunun bariz nümunəsidir.
Konfransda “Heydər Əliyevin həyat və fəaliyyəti”, “Hidrometeorologiyanın inkişafında Heydər Əliyev mərhələsi”, “Elmi-tədqiqat işlərinin aparılmasında Ulu Öndər Heydər Əliyevin göstərdiyi dəstək”, “Heydər Əliyev Azərbaycan coğrafiyasının mayakıdır”, “Arid regionlarda su ehtiyatlarından səmərəli istifadə olunmasının əsas istiqamətləri” mövzularında məruzələr dinlənilib.
Sonda Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən videofilm nümayiş etdirilib.
Tehsil-press.az