UFAZ-da “Heydər Əliyev İli” çərçivəsində elmi-praktik konfrans keçirilib

UFAZ-da “Heydər Əliyev İli” çərçivəsində elmi-praktik konfrans keçirilib Azərbaycan-Fransız Universiteti (UFAZ), Yeni Azərbaycan Partiyası (YAP) və Türk Ağsaqqalları İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Nəsimi rayon təşkilatı üzvlərinin, tələbələrin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə UFAZ-ın icraçı direktoru Vazeh Əskərov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb.
O, müdrik rəhbər Heydər Əliyev irsinin əhəmiyyətini vurğulayıb.
Türk Ağsaqqalları İctimai Birliyinin sədri Südeif İmamverdiyev Ulu Öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsindən bəhs edib.
S.İmamverdiyev Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb.
Sonra Ümummilli Liderin zəngin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri Tofiq Cahangirov, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Ulu Öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə göstərdiyi böyük diqqət və qayğıdan danışıb, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər