Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunda YAP ilk partiya təşkilatı və Qadınlar şurasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İnstitutun baş direktoru vəzifəsini icra edən dosent Ələddin Eyvazov iştirakçıları iclasın gündəliyi ilə tanış edib, “Heydər Əliyevin qayıdışı Azərbaycan dövlətinin xilası və onun dirçəlişi oldu” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə, müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi, orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı: “Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət böhranı yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Ulu Öndər qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alaraq 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi”.
Daha sonra YAP Yasamal rayonu “504”-cü məhəllə ərazisi ilk partiya təşkilatının sədri Hafiz Muxtarov bildirib ki, müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi: “Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb”.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr edilən videoçarx nümayiş etdirilib.
Tehsil-press.az