Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor çıxışında bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu Öndər özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə böhrana son qoydu, xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdi. Qısa zamanda Ulu Öndər ölkədə siyasi sabitliyin yaradılmasına nail olub. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib. Bu dövr ərzində ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi inkişafa geniş meydan açılıb, ölkəyə xarici sərmayələr cəlb edilib, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb. Nizami ordu qurulub, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilib, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Həmçinin, dövlətimiz dünya birliyində layiqli yerini tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanıb.
Elçin Babayev əlavə edib ki, 2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin milli qurtuluş konsepsiyasını inamla həyata keçirdi, bununla da xalqımızın hərtərəfli rifahına nail olundu. Ulu Öndərin bütün arzuları, planları və ən əsası özündə tarixi torpaqlarımızın azadlığını ehtiva edən müqəddəs ata vəsiyyəti Prezident İlham Əliyev tərəfindən əzmlə, fədakarlıqla yerinə yetirildi.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov çıxışında ümummilli lider Heydər Əliyevin uğurlu uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevrildiyini, yeni iqtisadi uğurlara imza atdığını vurğulayıb.
Milli Məclisin üzvləri Sevinc Fətəliyeva və Elşad Mirbəşiroğlu çıxışlarında böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biri olduğunu vurğulayıblar. Çıxışlarda həmçinin qeyd olunub ki, Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə çox mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verib və ölkədə müasir ordunun formalaşdırılmasının əsasını qoyub.
Daha sonra Rusiya Federasiyası Nijni-Novqorod Dövlət Texniki Universitetinin professoru, Beynəlxalq Elmlər Akademiyasının üzvü Yan Şvars "Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin rolu" (Rol Qeydara Aliyeva v razvitii Rossiysko -Azerbaydjanskiy otnoşenii), Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru, professor Hikmət Cavadov “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, BDU-nun Tarix fakültəsinin professoru İbrahim Zeynalov “Heydər Əliyev - Vətənin xilası, xalqın qurtuluşu”, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru, tarix elmləri doktoru Lətifə Əliyeva ¬“Heydər Əliyev - mükəmməl idarəçi və siyasətçi”, BDU-nun Hüquq fakültəsinin tələbəsi Firavan Əlizadə “Heydər Əliyev gənclər siyasətinin banisidir” mövzusunda məruzə ilə çıxış ediblər.
Tehsil-press.az