Son günlər Hindistanın şimalında şiddətli istilər səbəbindən həyatını itirənlərin sayı 166 nəfərə çatıb.
Qızmar hava Uttar Pradeş ştatında 119, Bihar ştatında isə 47 nəfərin ölümünə səbəb olub.
Uttar Pradeş ştatının Ballia şəhərində xəstəxana dolduğundan istinin təsirinə məruz qalan xəstələrin qəbulu dayandırılıb, morqda yer çatışmadığı üçün ölənlərin yaxınları cəsədləri evlərinə aparmalı olub.
Bir neçə gündür ki, ölkənin şimalında temperatur 43,5 dərəcədən aşağı düşmür. Meteoroloqlar anomal istilərlə bağlı rəsmiləri əvvəlcədən xəbərdar etdiklərini bildiriblər. Yerli hökumət kondisioner və soyuducuların problemsiz işləməsi üçün fasiləsiz enerjinin təmin edilməsi məqsədilə lazımi tədbirlər görüldüyünü açıqlayıb.
Bihar ştatının paytaxtı Patnada bütün məktəblər iyunun 24-dək bağlanıb.
Tehsil-press.az