Faciədə ölənlərin sayı artır

Faciədə ölənlərin sayı artır Yunanıstan Sahil Mühafizəsi bu yaxınlarda qəzaya uğrayan gəmidə ölən 81 nəfərin cəsədini artıq tapıb. BMT-nin hesablamalarına görə, gəmidə 750-yə qədər qaçqın və miqrant ola bilər. Təxmini 500-dən çox insan itkin düşüb.
104 nəfər xilas edilib. Pakistan rəsmiləri Türkiyədən yola düşən gəmidə bu ölkənin yüzlərlə vətəndaşının olduğunu bildiriblər ki, bu sağ qalan pakistanlıların ifadələrindən və ölənlərin şəxsiyyətinin müəyyən edilməsindən sonra bəlli olub. Pakistan faciənin səbəbləri ilə bağlı aparılan istintaq çərçivəsində 14 nəfəri həbs edib.
Xilas edilənlərdən doqquz Misir vətəndaşı insan qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinərək həbs edilib. Onlar ittihamları rədd edirlər.
Məhbuslardan birinin vəkili Athanasios İliopoulos deyir: "O iddia edir ki, gəmidə Misirdən olan 30-35 həmyerlisi olub. O, iqtisadi çətinliklərə görə Avropada daha yaxşı həyat axtarmaq üçün ölkəni tərk edib".
Hüquq müdafiəçiləri Yunanıstan hakimiyyətini qəsdən lənglikdə ittiham edirlər. Sahil mühafizəsi gəmidəkilərin əvvəlcə köməkdən imtina etdiyini iddia edib. Duccio Staderini faciənin səbəblərini şərh edir:
“Düşünürəm ki, Avropada etdiyimiz geri çəkilmə, sərhədlərin bağlanması elə tıxaclar yaradır ki, insanlar tıxaclarda qalır və cinayətin qurbanına çevrilirlər. Qaçaqmalçı cinayətkar şəbəkələr isə təkcə Liviya deyil, bütün Avropadadır”.
Yunanıstan rəsmilərinin məlumatına görə, qəzaya uğrayan gəmidə Suriya və Əfqanıstandan olanlar da olub.

Tehsil-press.az


Oxşar xəbərlər