Beşi son anda səfərdən imtina edib - Ölü sayı 44-ə çatdı

Beşi son anda səfərdən imtina edib - Ölü sayı 44-ə çatdı Tailandın Phuket adası sahillərində qəzaya düşən “Feniks” turistik gəmisində ölənlərin sayı artıb.
Ölü sayı 44-ə çatıb, itkin düşənlər isə 3 nəfərdir.
Hökumət daha üç nəfərin cəsədini tapmaq üçün suyun 40 metr dərinliyində olan batmış gəmini çıxarmağı planlaşdırır.
Daha əvvəl itkin düşdüyü hesab edilən beş nəfərin isə qəza zamanı gəmidə olmadıqları, son anda ekskursiyadan imtina etdikləri məlum olub.
Xatırladaq ki, iyulun 5-də “Feniks” ilə yanaşı “Serenat” turistik gəmisi də fırtınaya düşərək aşmışdı. Ümumilikdə hər iki gəmidə 100 sərnişin olub. “Serenat”dakı 39 sərnişinin hamısı xilas edilsə də, “Feniks” gəmisindən cəmi 49 nəfəri xilas etmək mümkün olub.

Tehsil-press.az

Oxşar xəbərlər