AZƏRTAC rus dili üzrə redaktor və tərcüməçi vəzifələrinə işə qəbul elan edir

AZƏRTAC rus dili üzrə redaktor və tərcüməçi vəzifələrinə işə qəbul elan edir AZƏRTAC rus dili üzrə redaktor və tərcüməçi vəzifələrinə vakansiya elan edir.
Redaktor vəzifəsinin funksiyalarına aşağıdakılar daxildir:
- Azərbaycan dilindən rus dilinə tərcümə edilmiş xəbərlərin redaktəsi;
- Rus dilində yazılan və redaksiyaya daxil olan materialların buraxılışa hazırlanması;
- Vacib xəbərlərin operativ tərcümə edilməsinin təşkili;
- Tərcümələrin və müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
- Materialların tərcüməçilər arasında bölüşdürülməsinə və tərcümənin icrasına nəzarət edilməsi;
Ali təhsilli, Azərbaycan və rus dillərini mükəmməl bilən, redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olan şəxslər bu vəzifəni tutmaq üçün müraciət edə bilərlər.
Namizədlərdən özləri haqqında məlumatı iyulun 12-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.
Tərcüməçi vəzifəsinin funksiyalarına aşağıdakılar daxildir:
- Azərbaycan dilindən rus dilinə xəbərlərin yazılı tərcümə edilməsi;
- Tərcümənin rus dilində yüksək səviyyədə yerinə yetirilməsi;
- Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;
Ali təhsilli, Azərbaycan və rus dillərini mükəmməl bilən, azı 5 il iş təcrübəsi olan şəxslər bu vəzifəni tutmaq üçün müraciət edə bilərlər.
Namizədlərdən özləri haqqında məlumatı iyulun 10-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.
Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər