Asiya və Sakit okean hövzəsi yazılı və şifahi tərcümə forumu işə başlayıb.
Pekin Xarici Dillər Universiteti (PXDU), Beynəlxalq Tərcüməçilər Federasiyası və Çin Tərcüməçilər Assosiasiyasının birgə təşkil etdiyi forum Asiyada tərcüməşünaslıq üzrə ən nüfuzlu tədbirlərdən hesab olunur. 1995-ci ildən bəri hər üç ildən bir keçirilən tədbirin əvvəlki adı Asiya Tərcüməçilər Forumu olub.
“Şifahi və yazılı tərcümə dünyasında əməkdaşlıq: Yeni era, yeni dəyişikliklər, yeni modellər” mövzusunda keçirilən builki forumda müxtəlif ölkələrdən 150-dən çox tərcüməçi və tərcüməşünas alim maşın tərcüməsi, avtomatik tərcümə texnologiyaları, müasir və klassik ədəbi tərcümə, şifahi və yazılı tərcümənin tədrisi, diplomatik və ictimai tərcümə problemləri, audiovizual və multimodal tərcümə metodları, xarici dil xidmətləri və müasir texnologiyada əməkdaşlıq mövzularında ən yeni tədqiqatlarını təqdim ediblər. PXDU-nun Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev çincə-azərbaycanca ikidilli lüğətlərdə tərcümə zamanı köməkçi sözlərin şəkilçiləşmə prosesi və müvafiq paralel mətnlər korpusu mövzusunda danışıb.
Tehsil-press.az