ABŞ Ukraynaya kibertəhlükəsizlik üçün səkkiz milyon dollar ayıracaq

ABŞ Ukraynaya kibertəhlükəsizlik üçün səkkiz milyon dollar ayıracaq ABŞ Ukraynaya kibertəhlükəsizlik üçün daha səkkiz milyon dollar ayıracaq
Bu barədə ABŞ-ın dövlət departamenti xəbər verib.
"Ukraynada kibertəhlükəsizliyin dəstəklənməsinə daim sadiqlik əlaməti olaraq, Birləşmiş Ştatlar Dövlət Departamenti 2017-ci ildə vəd edilmiş 10 milyondan əlavə daha 8 milyon dollar ayırdığını bildirir. Bu maliyyələşmənin bir hissəsi ABŞ-ın Beynəlxalq Kibertəhlükəsizliyin İnkişaf Agentliyinin yeni layihəsinin dəstəklənməsinə yönəldiləcək. Layihədə dörd il ərzində Ukraynanın kibertəhlükəsizlik sahəsinin imkanlarını gücləndirmək, qanunvericilik və tənzimləyici islahatları dəstəkləmək, kadrların hazırlanması və özəl sektorun cəlb edilməsi üçün 38 milyon dollara qədər sərmayə yatırılacaq", - departamentin məlumatında deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər