Ruslar daha 250 məhbusu döyüşə göndərir

Ruslar daha 250 məhbusu döyüşə göndərir Donetsk vilayətinin işğal olunmuş hissəsində düşmən 250 məhbusu Ukraynaya qarşı müharibə üçün cəbhə xəttinə göndərir.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsində operativ məlumatında deyilir.
“...Rusiya işğalçı qoşunlarının rəhbərliyi bütün mümkün vasitələrlə Ukrayna ərazisində döyüşlərdə itki vermiş bölmələrin döyüş qabiliyyətini bərpa etmək cəhdlərini davam etdirir. Beləliklə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində qondarma “Yerli hakimiyyət orqanları” daha 250 məhbusu hərbi xidmətə çağırır və onlara təlimlər keçirir. Yaxın günlərdə isə onların ön sıralarda olan bölmələri yenidən təchiz etməyə yönəldiləcək”.- deyə məlumatda bildirilir.
Yeri gəlmişkən, bu arada Donetsk vilayətinin işğal olunmuş ərazisindəki Yenakiyevo Metallurgiya Zavodunun öz fəaliyyətini dayandırdığı bildirilir. Səbəb kimi isə, zavodun bütün işçilərinin “səfərbərliyi” alınması göstərilir.

Tehsil-press.az


Oxşar xəbərlər