“Titan”dakı bütün ekipaj üzvləri ölüb

“Titan”dakı bütün ekipaj üzvləri ölüb ”Titan" sualtı qayığının ekipajının bütün üzvləri ölüb.
Bununla bağlı məlumatı ABŞ Sahil Mühafizə İdarəsi yayıb.
Bildirilib ki, tapılan gəmi qalıqları itmiş sualtı “Titan”a məxsusdur.
Qeyd edək ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib.
Qeyd edək ki, qayıqda 5 nəfər olub.
Onlar barədə qısa məlumatı təqdim edirik:
Əvvəllər “Blue Origin” raketi ilə kosmosa uçan britaniyalı milyarder və dəfələrlə cənub qütbündə olmuş 58 yaşlı britaniyalı səyyah Hamiş Harding;
“OceanGate Expeditions” şirkətinin baş direktoru 61 yaşlı Stockton Ruş;
Britaniyalı iş adamı 48 yaşlı Şahzada Davud. O, Pakistanın ən zəngin ailələrindən birinin üzvü və Kral Çarlzın təsis etdiyi iki xeyriyyə təşkilatının üzvüdür. Onun 19 yaşlı tələbə oğlu Süleyman Davud;
Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı 77 yaşlı Paul-Henry Nargeolet. O, Titanik qəzasında digər tədqiqatçılar ilə çox vaxt keçirib və 1987-ci ildə onu ziyarət edən ilk ekspedisiyanın tərkibində olub.
Xatırladaq ki, təşkil edilən 8 günlük turun qiymətinin adambaşına 250 min dollar olduğu məlum olub.

Tehsil-press.az

Oxşar xəbərlər