Vəfa Kazdal: Builki konfransımız maarifçiliyə həsr olunub

Vəfa Kazdal: Builki konfransımız maarifçiliyə həsr olunub ADA Universiteti “VI ADA 2023” Beynəlxalq Təhsil Konfransını keçirir. Artıq bu konfrans özünü sübut etmiş bir platformadır. Konfrans zamanı təhsil işçiləri, təhsil siyasətini müəyyənləşdirən nazirliklərin nümayəndələri, xarici ali məktəblərin və qurumların professorları bir araya gələrək bu sahədəki son tendensiyaları, dəyişiklikləri, mövcud problemləri müzakirə edir və həll yollarını təklif edirlər.
Bunu jurnalistlərə müsahibəsində ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal söyləyib.
“Bu platforma, eyni zamanda, azərbaycanlı və xarici gənclər, tədqiqatçılar üçün elə bir şərait yaradır ki, onlar öz tədqiqat işlərini və nəticələrini təqdim edə bilsinlər. Həmçinin Elm və Təhsil Nazirliyinə, digər təhsil qurumlarına mövcud problemlərin həll yollarını tədqiqat vasitəsilə tapmaq və təqdim etməkdən ibarətdir. Konfrans ümumilikdə tədqiqatçılar, təhsil sektoru, maarifçilər arasında məşhurlaşmış bir platformadır. İldən–ilə konfransda iştirakçıların sayının çoxaldığını müşahidə edirik. Onlar konfransda çox böyük maraqla iştirak edir və faydalanırlar. Builki konfransımız maarifçiliyə, Azərbaycan maarifçiliyinə yenidən baxış mövzusuna həsr olunub. Yenidən baxış müasirliyi nəzərdə tutur. Yəni rəqəmsallaşmanın bugünkü maarifçiliyə və təhsil modelinə olan təsiri və yeni imkanları, yeni çağırışlar istiqamətində tədqiqat işləri, müzakirələr aparılacaq”, - deyə Vəfa Kazdal qeyd edib.

Tehsil-press.az




Oxşar xəbərlər