ADA Universitetində “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.
Konfrans ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNİSEF-in birgə təşkilatçılığı ilə keçirilir. Konfransın məqsədi təhsil sahəsində rast gəlinən problemlərə və onların araşdırılmasına marağı artırmaq, islahatların daha çox tədqiqatyönümlü olmasına imkan yaratmaq, yerli və beynəlxalq təcrübəni bir araya gətirmək, gəncləri tədqiqata cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaqdır.
Universitetin təhsil işləri üzrə prorektoru Vəfa Kazdal iştirakçılara konfrans haqqında ətraflı məlumat verib. Bildirib ki, konfransa maraq ildən-ilə artır. Əgər 1-ci konfransa 25 tədqiqat işi təqdim olunmuşdusa, 4-cü konfransa 10-u xaricdən olmaqla 100-ə yaxın tədqiqat göndərilib.
Vəfa Kazdal qeyd edib ki, təhsil sahəsində əldə edilən nailiyyətlər və görüləcək işlər iki gün ərzində konfransda müzakirə olunacaq. Yerli təhsil mütəxəssisləri ilə yanaşı, nüfuzlu beynəlxalq ekspertlər də öz təcrübələrini bölüşəcəklər.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında qeyd edib ki, beynəlxalq konfransın təşkili təqdirəlayiq haldır, ancaq belə tədbirlərin nəticələri daha vacibdir. Konfransın 4-cü dəfə keçirilməsi əvvəlki konfransların müsbət nəticələr verməsinə dəlalət edir.
“Konfransda maraqlı mövzular müzakirə olunacaq. Təhsildə gündəmdə olan problemlər araşdırılacaq və onların həlli yolları axtarılacaq. Ümid edirəm ki, builki konfransdan da gözlənilən nəticələr əldə olunacaq”, – deyə rektor qeyd edib.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın ən qabaqcıl ali məktəblərindən biri olan ADA Universitetində belə konfransın keçirilməsi olduqca əhəmiyyətlidir.
Nazir Azərbaycanda təhsilin vəziyyəti, müvafiq sahədə aparılan islahatlar haqqında danışıb. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5,7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.
Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi son illərdə Azərbaycanda təhsil sahəsinə ayrılan vəsaitdən və əldə olunan uğurlu nəticələrdən danışıb.
UNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional təhsil məsləhətçisi Parmosivea Soobrayan Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir. Son üç ildə Azərbaycanda məktəbəhazırlıq proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəçarpan artım qeydə alınıb. Belə ki, 2015-ci ildə 15 faiz təşkil etmiş göstərici 2018-ci ildə 75 faizə bərabər olub. Bununla yanaşı, son iki ildə 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.
Parmosivea Soobrayan diqqətə çatdırıb ki, UNİSEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmamış uşaqlar üçün yeni kurikulum və tədris materialları işlənib hazırlanıb, yeni metodologiyalar üzrə təlimlər keçirilib.
“Ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün onların tələb olunan bacarıqlarının inkişaf etdirilməsi cəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə verir”, - deyə Parmosivea Soobrayan vurğulayıb.
Çıxışlardan sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
ADA-nın Mətbuat Xidməti