Priqojin hələ də Rusiyadadır?

Priqojin hələ də Rusiyadadır? “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə oxşayan şəxs iyunun 26-sı və 28-də Sankt-Peterburqda görünüb.
Onlardan birinin dediyinə görə, çərşənbənin birinci yarısında Priqojinlə əlaqəli olan binalardan birində eyni adam görünüb.
Bundan başqa, Priqojinə oxşar adam iyunun 26-da da Trezzini hotelinin yaxınlığında görünüb. Mənbə iddia edir ki, guya o, hoteldə tabeliyində olan işçilərlə görüş keçirib.
Qeyd edək ki, iyunun 24-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Priqojinin Belarusa gedəcəyini açıqlamışdı.

Tehsil-press.az


Oxşar xəbərlər