Çexiya rusiyalı idmançıların ölkəyə girişini qadağan etdi

Çexiya rusiyalı idmançıların ölkəyə girişini qadağan etdi Çexiya hökuməti Rusiyadan olan idmançıların və komandaların ölkə ərazisində keçirilən yarışlarda iştirakını qadağan edib.
Bu barədə Çexiyanın hökumət portalı məlumat yayıb.
"İdman assosiasiyalarının təşəbbüsü ilə təhsil, gənclər və idman naziri bununla bağlı çıxış edib. Nazirlər Kabineti qadağanı təsdiqləyib", - məlumatda deyilib.
Qeyd olunur ki, Çexiya idmançıları və komandaları da Rusiyada keçiriləcək yarışlarda iştirak etməyəcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər