Çexiya Prezidenti ABŞ-ın dövlət katibini qəbul edəcək

Çexiya Prezidenti ABŞ-ın dövlət katibini qəbul edəcək Avqustun 12-də Çexiya Prezidenti Miloş Zeman ABŞ-ın dövlət katibi Maykl Pompeonu qəbul edəcək.
Bunu M.Zemanın mətbuat katibi İrji Ovçaçek jurnalistlərə söyləyib.
Maykl Pompeo Çexiyadan sonra Avstriya, Sloveniya və Polşaya gedəcək.
ABŞ-ın dövlət katibi avqustun 11-də Praqaya çatacaq. Həmin gün onun Çexiyanın Xarici İşlər naziri Tomaş Petrjiçek ilə danışıqları gözlənilir.
Daha əvvəl Çexiya xarici siyasət idarəsinin rəhbəri bildirmişdi ki, Pompeo ilə görüşdə təhlükəsizlik və ticari-iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.
Yerli KİV-lər ABŞ dövlət katibinin, həmçinin “Dukovanı” AES-də (Çexiyanın cənub-şərqi) yeni enerji blokunun tikintisi üçün keçiriləcək tenderdə “Westinghouse” şirkətinin maraqlarını irəlilətməsini istisna etmir.

Tehsil-press.az

Oxşar xəbərlər