Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının əlaqələri mövzusunda yay lektoriyası

Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının əlaqələri mövzusunda yay lektoriyası “Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası: İpək Yolunda çoxşaxəli əlaqələr” adlı onlayn yay lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin Kommunist Partiyası ilə dünya siyasi partiyaları arasında yüksək səviyyəli dialoqun tarixi əhəmiyyəti” mövzusunda mühazirə oxuyub.
Mühazirə Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının 102-ci ildönümünə həsr olunub. Mühazirənin əvvəlində Çinin Azərbaycandakı səfirliyinin müşavir-elçisi Din Tao videomüraciətlə çıxış edib. O, ÇKP-nin ölkə həyatında mühüm rolundan söz açıb. Xatırladıb ki, bu ilin mart ayında Çinin təqdim etdiyi Qlobal İnkişaf və Qlobal Təhlükəsizlik Təşəbbüsünün ardınca ölkə lideri Si Cinpin ÇKP ilə dünyanın siyasi partiyaları arasında keçirilən yüksək səviyyəli dialoq zamanı Qlobal Sivilizasiya Təşəbbüsünü təklif edib və bu təşəbbüs ÇKP-nin dünyada sülhü təmin etmək istiqamətində daşıdığı məsuliyyəti nümayiş etdirib. Diqqətə çatdırılıb ki, ÇXR Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında münasibətlər iqtidarda olan partiyaların inkişafı üçün də yeni imkanlar yaradır. ÇKP və Yeni Azərbaycan Partiyası arasında yaxınlıq iki ölkə arasında strateji qarşılıqlı etimadın möhkəmləndirilməsində, ikitərəfli münasibətlərin daha da inkişaf edirilməsində mühüm rol oynayıb. Yeni Azərbaycan Partiyasının Sədr müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu ilin may ayında Çində səfərdə olarkən ÇKP və YAP arasında əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi qeyd edilib.
Onlayn lektoriyada R.Abbasov qeyd edib ki, ÇKP ilə dünya siyasi partiyaları arasında yüksək səviyyəli dialoqun əsas mövzusu Çinin beynəlxalq siyasətinin “bəşəriyyət üçün ortaq tale icması” yaratmaq strateji hədəflərinin təbliğidir. Mühazirədə ÇXR-in Sədri Si Cinpinin Qlobal Sivilizasiya Təşəbbüsünün əhəmiyyəti xüsusi vurğulanıb. R.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri zamanı Si Cinpin ilə keçirdiyi görüşünü xatırladaraq, ÇKP-nin də YAP ilə əlaqələrini fəallaşdırmağa, dövlət idarəetmə təcrübəsini bölüşməyə, iki ölkə arasında qarşılıqlı etimadı gücləndirməyə hazır olduğunu vurğulayıb.
R.Abbasov, həmçinin ADU-nun Konfutsi İnstitutunun Azərbaycan-Çin siyasi dialoqunun inkişafına verdiyi töhfələrdən, eləcə də ÇXR-in Sədri Si Cinpin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu barədə danışıb. Bildirib ki, bu kitab Azərbaycan ictimaiyyətinə Çin liderinin siyasi fəlsəfəsini, bu ölkənin daxili və xarici siyasətinin əsas strateji istiqamətlərini daha yaxşı öyrənmək, eləcə də “Çin arzuları” konsepsiyası və Böyük İpək Yolunun bərpasına yönəldilmiş “Bir kəmər, bir yol” layihəsi ilə tanışlıq imkanı verəcək.

Tehsil-press.az


Oxşar xəbərlər