Azərbaycan Dillər Universiteti (ADU) nəzdində Konfutsi İnstitutu Çin Xalq Respublikasının yaradılmasının ildönümünə həsr olunmuş “Şanlı 72 il” adlı seminar keçirib.
Tədbiri açan institutun direktoru Rafiq Abbasov Çinin 72 il ərzində keçdiyi inkişaf yolundan danışaraq, ölkədə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. Gələn il Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini vurğulayan Rafiq Abbasov ötən müddət ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Çin ilə əlaqələrin inkişaf etdirilməsi üçün böyük işlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Çin və Azərbaycanın dövlət rəhbərləri arasında münasibətlər qarşılıqlı əlaqələrin inkişafına geniş yol açır.
R.Abbasov diplomatik münasibətlərin qurulduğu gündən ölkələrimiz arasında dostluq əlaqələrinin qarşılıqlı inam və hörmət əsasında inkişaf etdiyini deyib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini qeyd edib, bu baxımdan Prezident İlham Əliyevin 2019-cu ilin aprelində Çinə səfərini xatırladıb.
Konfutsi İnstitutunun direktoru vurğulayıb ki, Azərbaycan Respublikası Avrasiyanın mərkəzində unikal geostrateji mövqeyə malikdir. Ölkəmiz geniş infrastruktur imkanları və zəngin neft-qaz yataqlarının mövcudluğu ilə əlaqədar “İpək yolu iqtisadi zolağı” kimi qlobal layihənin həyata keçirilməsində mühüm regional mərkəz hesab olunur.
R.Abbasov Azərbaycanın İpək Yolunun bərpası istiqamətində ciddi investisiyalar yatırdığını, nəqliyyat infrastrukturunun modernləşməsini həyata keçirdiyini də bildirib. Onun sözlərinə görə, ticarətin asanlaşması, regiondaxili və transregional infrastrukturun koordinasiyasına gətirib çıxaran effektiv çoxmodullu nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycan-Çin əlaqələrinin inkişafına və Avrasiya məkanında davamlı inkişafın sürətlənməsinə öz töhfəsini verəcək.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Azərbaycan-Çin əlaqələrinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu və siyasi əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyi bildirib. O, yüksək siyasi münasibətlərin iki ölkənin iqtidar partiyaları - Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında fəal əməkdaşlığın formalaşmasına əlverişli şərait yaratdığını da qeyd edib.
Sonda Konfutsi İnstitutunun təşəbbüsü ilə Çin Xalq Respublikasının yaranmasına həsr olunmuş inşa müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim olunub. Eyni zamanda, Konfutsi İnstitutunun Çin dili və mədəniyyətinin ölkəmizdəki inkişafına dair “Yay məktəbi” layihəsinin iştirakçılarına diplomlar təqdim olunub.
Tehsil-press.az