Kişineu aeroportunda silahlı insident olub, sərnişinlər təxliyə edilib

Kişineu aeroportunda silahlı insident olub, sərnişinlər təxliyə edilib Kişineu Hava Limanında sərnişinlərdən biri atəş açıb.
Bu barədə Moldova Polis Baş Müfəttişliyinin mətbuat katibi Diana Fetkon bildirib.
O, aeroport binasından insanların təxliyəyə başlanıldığını qeyd edib. Hələlik atışmanın səbəbləri barədə məlumat verilmir, atəş açan şəxs barədə isə məlumat yoxdur.
Daxili İşlər Nazirliyi Moldovaya girişi qadağan olunmuş əcnəbi vətəndaşın odlu silahdan istifadə etməsi barədə məlumat yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Hadisə ilə əlaqədar hava limanında iyunun 30-na planlaşdırılan bütün reyslər gecikir.

Tehsil-press.az


Oxşar xəbərlər