Macəraçı milyarderin həzin sonu – 11 min metrlik dərinliyə enən Hardinq "dayaz" suda öldü

Macəraçı milyarderin həzin sonu – 11 min metrlik dərinliyə enən Hardinq Macərapərəstlik zənginliyə, kasıblığa baxmır, hər kəsin canında ola bilər və olur.
Milyarderlər nə qədər ağıllı, savadlı, fəhmli, ehtiyatlı olsalar da, hər zaman canlarını çox istəsələr də, bəzən macəra həvəsi onların başının bəlasına çevrilir, gedər-gəlməzə aparır.
Doğum günündən 6 gün əvvəl batiskafa minərək Atlantik okeanının dibinə, məşhur “Titanik” gəmisinin 113 il əvvəl batdığı yerə enmək, əfsanələşmuş laynerin qalıqlarına baxmaq istəyən və yolda həyatını itirən britaniyalı Hamiş Hardinqin faciəvi aqibəti buna parlaq misal ola bilər.
Milyonlarla adi adam bu hadisədən xəbər tutanda mütləq ağıllarından belə fikir keçirəcək: “Nəyi çatmırdı axı onun? Okeanın dibində nə işi vardı ki, başına da bu iş gəlsin? Milyardları vardı, min il xərcləsə, qurtarmaz, oturub kef-damaq içində yaşaya bilməzdimi?”

Tehsil-press.az


Oxşar xəbərlər