Fransada hazırda davam edən iğtişaşlar fonunda iyunun 30-dan iyulun 1-nə qədər 471 nəfər saxlanılıb.
Bu barədə məlumatı ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlayıb.
Nazir hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşmək üçün səhər saatlarında Mant-la-Joli şəhərinə səfər edib.
Xatırladaq ki, iyunun 27-si Fransada 17 yaşlı əlcəzairəsilli oğlanın Paris ətrafındakı Nanter ərazisində polisin açdığı atəş nəticəsində ölməsindən sonra ölkəni etiraz dalğası bürüyüb. Daha əvvəl yayılan məlumatda, 600-dən çox etirazçının saxlanıldığı bildirilirdi.
***
“BFMTV”nin məlumatına görə, ötən gecə Fransada etirazlar zamanı 994 etirazçı saxlanılıb.
Bununla yanaşı, iğtişaşlar zamanı 79 polis xəsarət alıb. Ötən gecə, həmçinin etirazçılar 1350 avtomobil və 234 binanı yandırıb.
Tehsil-press.az