Fransada Əmək Gününə həsr olunan pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyalarında 100-dən çox polis yaralanıb.
Bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanen bildirib.
Onun sözlərinə görə, bütün Fransada keçirilən etiraz aksiyalarında 291 nəfər saxlanılıb, onlardan 90-ı Parisdə olub.
Nazir qeyd edib ki, nümayişlərdə pilotsuz təyyarələrdən istifadə Lionda meriya binasına hücum edən aqressiv etirazçıları tez bir zamanda saxlamağa imkan verib.
Fransa Daxili İşlər Nazirliyi etirazlarda iştirak edənlərin sayını təxminən 800 min nəfər olduğunu qeyd edib.
Tehsil-press.az