Havar Məmmədov qalib tələbələrlə görüşdü

Havar Məmmədov qalib tələbələrlə görüşdü Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət “Vooshii” komandası Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə keçirilmiş “Gələcək üçün bacarıqlar” layihəsində III yerə layiq görülüb.
Universitetin rektoru, professor Havar Məmmədov sözügedən layihədə uğurla çıxış edən müəllim və tələbələrlə görüşüb.
Məlumat üçün bildirək ki, ötən gün layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “100 illiyin gələcəyi” adlı tədbir keçirilib və qaliblər mükafatlandırılıb. Tədbir çərçivəsində Havar Məmmədova innovasiya ekosisteminə dəstək olan universitet rektoru kimi “Səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
BMU komandasının üzvləri ilə görüşdə Havar Məmmədov əsas məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi olan “Gələcək üçün bacarıqlar” layihəsinin önəmindən danışıb. Rektor innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri kimi hədəfləri qarşısına qoyan layihədə “Vooshii” ilə yanaşı, BMU tələbələrindən ibarət digər komanda - “Təmiz Xəzər”in startup ideyası ilə çıxış etdiyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər