REKTOR QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

REKTOR QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB Gəncə Dövlət Universitetinin startap komandası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən reallaşan “StartupFest 2019” çərçivəsində respublika səviyyəsində keçirilən “Startap Günləri” layihəsinin qalibi olub. Qeyd edək ki, Gəncə Dövlət Universitetinin Biologiya-Kimya fakültəsinin tələbələrindən ibarət komandanın “DiaDondurma” adlı startap ideyası birinci yerə layiq görülüb.
Bu münasibətlə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov yarışın qalibləri ilə görüşüb.
Rektor Yusif Yusibov bu münasibətlə tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirib ki, Gəncə Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm də elmi tədqiqatla məşğul olmasına böyük diqqət ayrılıb. Layihənin məqsədindən danışan rektor bildirib ki, ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması, o cümlədən innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olub. Rektor gənclərin bu istiqamətdəki faəliyyətinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə tələbələr onların asudə vaxtlarının səmərəli keçirmələri, bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitə görə universitetin rektoruna dərin minnətdarlıqlarını bildiriblər.

GDU-nun Mətbuat Xidməti


REKTOR QALİB TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB

Oxşar xəbərlər