Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Ekotoksikologiya laboratoriyasında qaraciyərin histopatoloji tədqiqatı aparılır.
Bu barədə laboratoriyanın elmi işçisi Aytən Muradova məlumat verib. O bildirib ki, histopatoloji müayinə aparmaq üçün öncə balıqlardan qaraciyər çıxarılır və 4 faiz neytral formalinlə fiksasiya edilir. Daha sonra fiksasiya olunmuş qəlsəmələr yüksələn spirt sırası ilə susuzlaşdırılaraq, parafin bloklarına yerləşdirilir. Təcrübənin gedişi zamanı xizək mikrotomunda 7 mikron qalınlığında kəsiklər edilib, ksilol və enən spirt sırası ilə deparafinləşmə aparılır. Sonda hazır preparatlar mikroskop altında öyrənilir.
Tiometoksamın balıqlara təsiri zamanı qaraciyərdə baş verən histopatoloji dəyişiklərlə bağlı təcrübələr davam etdirilir.
Tehsil-press.az