Fiziologiya İnstitutu laboratoriyalarının fəaliyyəti müzakirə olunub

Fiziologiya İnstitutu laboratoriyalarının fəaliyyəti müzakirə olunub Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasında laboratoriyaların 2022-ci ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası davam edir.
İcraçı direktor fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin sədrliyi ilə keçirilən iclasda İnteqrativ fəaliyyətin molekulyar əsasları və Ekotoksikologiya laboratoriyalarının elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.
Laboratoriya rəhbərləri və əməkdaşlar cari ildə apardıqları elmi tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında məlumat veriblər. Hesabatlarla bağlı geniş müzakirələr aparılıb, təkliflər dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər