Bu il magistraturaya qəbul imtahanında 162 nəfər 90 və daha çox bal toplayıb

Bu il magistraturaya qəbul imtahanında 162 nəfər 90 və daha çox bal toplayıb Bu il magistraturaya qəbul imtahanında 90 və daha yuxarı bal toplayanların sayı 162 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 1123 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 4012 nəfər olub. Ötən il analoji göstəricilər 74, 591 və 2240 nəfər olub. Göründüyü kimi, bu il yüksək bal toplayanların sayı kifayət qədər çoxdur.
İmtahanda toplanılan bilən maksimum bal 100-ə bərabərdir. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər